Baş nazirin tərəfdarları nümayişə çıxıb

Bağdadın ətrafında hərbi-buraxılış məntəqəsinə edilmiş hücum nəticəsində 5 İraq əsgəri həlak olub.

Mosul şəhərində yolda baş vermiş partlayışda isə bir dinc sakin ölüb, ikisi isə yaralanıb.

Bəsrə şəhərində isə baş nazir Nuri əl Malikinin tərəfdarları kütləvi nümayiş keçiriblər.

Onlar parlament seçkilərində verilmiş səslərin yenidən sayılmasını tələb ediblər.

İlkin məlumata görə keçmiş baş nazir İyad Ələviylə indiki baş nazir Nuri əl Malikinin blokları təxminən eyni sayda səs toplayıblar.

Rəqiblər bir-birini saxtakarlıqda günahlandırırlar.