Kürün səviyyəsi qalxıb

Kürün səviyyəsi son həftə ərzində təxminən 1 metr qalxıb.

Belə ki, Şirvanda çayın səviyyəsi 70 santimetr , Salyanda 1 metr, Neftçalada isə 80 santimetr qalxıb.

Bəzi həyətlərdə qrunt suları əmələ gəlib. Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti qrunt sularının təmizlənməsi üçün həyətlərdə nasoslar quraşdırıb, əlavə tədbirlər həyata keçirir.