Strateji hücum silahları ilə bağlı müqavilə Praqada imzalanacaq

Çexiya strateji hücum silahlarıyla bağlı ABŞ-la Rusiya arasında yeni müqvilənin Praqada imzalanmasına razılıq verib.

Məlumatı ABŞ hökuməti də təsdiqləyib.

Amma hələlik dəqiq vaxt göstərilmir.

Birləşmiş Ştatlarla Rusiya müqavilənin sonuncu detallarının razılaşdırılmaq üzrə olduğunu deyirlər.