Borcu olanların işığı kəsiləcək

Martın 30-u saat 12-dən etibarən Bakıda bütün borclu abonentlərin işıqları söndürüləcək.

"Bakıelekrikşəbəkə" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev ANS TV-yə bildirib ki, borcu olan abonentlər “Bakıelektrikşəbəkə”-nin bütün məntəqələrində, müştəri xidməti mərkəzlərində və rayon enerji təchizatı və satışı idarələrində ödəniş edə bilərlər.