Sarkoziylə Merkel Yunanıstana yardım vəd ediblər

Fransayla Almaniya maliyə böhranı yaşayan Yunanıstana yardım təklif ediblər.

Fransa rəsmilərinin sözlərinə görə Fransa prezidenti Nikole Sarkoziylə Almaniyanın kansleri Angela Merkel Brüssel görüşündən əvvəl Avropa Birliyinin prezidenti Herman Van Rompeyə öz təkliflərini çatdırıblar.

Məlumatlara görə söhbət Avro zonasına daxil olan ölkələr arasındakı ikitərəfli münasibətlər çərçivəsində təcili kreditdən və Beynəlxalq Valyuta Fondunun məsələdə iştirakından gedir.

Amma hesabat müəllifləri hesab edirlər ki, bu mexanizm yalnız son həddə-başqa imkanlar tükəndikdən sonra işə salınmalıdır.