Venesuelada müxalifət televiziyasının rəhbəri həbs olunub

Prezident Uqo Çavesi tənqid edən «Globovision» kanalının rəhbərindən ölkədən çıxmamaq barədə iltizam alındıqdan sonra sərbəst buraxılıb.

Polisin məlumatına görə Gilyermo Zuloaqanın həbsinə səbəb deputatların telemaqnatın fəaliyyətini araşdırmaq çağırışları olub.

O, yalan məlumatların yayılması və prezidenti təhqir etməkdə ittiham olunur.

Bu həftənin əvvəlində Venesuelada daha bir müxalifətçi həbs olunmuşdu. Xristian-demokrat partiyasının üzvü müxalifətin «Globovision» kanalına müsahibəsində prezident Çavesi narko kartellərlə əlaqədə ittiham etmişdi.