120-dən çox dönərxana bağlanıb

Bakıda 120-dən çox dönərxananın fəaliyyəti dayandırılıb.

Səhiyyə nazirliyi tərkibindəki Sanitar – Epidemiologiya xidməti martın 18-dən Bakıda dönərxanalarda monitorinq keçirir.

Reydlər zamanı sanitar –gigiyenik normalara cavab verməyən 120-dən çox dönərxana bağlanıb, 30 nəfər cərimələnib.

Day.az-ın məlumatına görə monitorinqlər davam edir.