Merkel Yunanıstana yardımı bəyəndi

Almaniya kansleri Angela Merkel bu gün avro-zona ölkələrinin Yunanıstana borc vermək barədə dünənki qərarından məmnun olduğunu bildirib:

- Məncə, bu qərar avronun sabitliyini qorumaq üçün birgə işləyə bildiyimizi və çətin vəziyyətə düşən ölkə ilə həmrəyliyimizi nümayiş etdirir. Bizim ümumi valyutamızın sabitliyi bizim hamımızın uzunmüddətli maraqlarımıza uyğundur. Ona görə də dünən avro üçün olduqca mühüm gün oldu.

Bundan əvvəl Merkel belə bur borc planına qarşı çıxırdı.

Dünən Brüsseldə Avropa Birliyinin sammitində avro pul vahidi işlədən ölkələr iri məbləğdə daxili borc problemi ilə üz-üzə qalmış Yunanıstana borc vermək qərarına gəliblər. Borcun bir hissəsini də Beynəlxalq Valyuta Fondu verəcək.

Yunanıstanın borcu Avropa Birliyinin müəyyən etdiyi limitdən dörd dəfə yuxarıdır. Ona görə avro işlədən ölkələr bu vəziyyətin avronun dəyərini endirəcəyindən narahatdırlar.

İndi Yunanıstana veriləcək borcun məbləği elan edilməyib. Amma ilkin məlumatlara görə burada 22 milyon avrodan söhbət gedir.

Yunanıstanın Baş naziri bu bu qərarla Avropa Birliyinin ümumi valyutanı qorumaq üçün çox ciddi bir qərara imza atdıqlarını bildirib.
Hazırda avro son 10 ayda ən aşağı qiymətə - 1 avro 1.33 dollar səviyyəsinə düşüb.