Bir gündə 5 nəfər dəm qazından zəhərlənib

Azərbaycanda bir gündə 5 nəfər dəm qazından zəhərlənib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.

Məlumata görə martın 26-da Sumqayıt şəhər sakinləri - Könül Dadaşova, Yazgül Muradova, Kəmalə Qarayeva, Çinarə Kərimova və Mingəçevir şəhər sakini Taleh Kərimov yaşadıqları mənzillərdə dəm qazından zəhərlənərək xəstəxanaya düşüblər.