Rəsmilər Moskva Metropolitenində partlayışda 25 nəfərin öldüyünü deyir

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Moskva Metropolitenin «Lubyanka» stansiyasında partlayış nəticəsində 25 nəfər ölüb. 10-a yaxın insan isə yaralanıb, həkimlərin dediyinə görə, onların vəziyyəti ağırdır.

Hüquq mühafizə orqanlarının ilkin məlumatına görə, partlayıcı qurğunu vaqonlardan birində terrorist partladıb.
«Lubyanka» stansiyasında partlayışdan öncə isə ilkin partlayış «Park kulturı» metrostansiyasında olub.

Hazırda hadisə yerində yanğınsöndürənlər, xilacedici və həkimlər fəaliyyət göstərirlər. Qatarların hərəkəti dayandırılıb. Hadisənin detalları araşdırılır.