Bu barədə məlumatı Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri Kərim Rəhimov verib. Onun sözlərinə görə, dönər satışı ilə məşğul olan daha 6 obyektin hər biri 100 manat məbləğində cərimə olunub.
Kərim Rəhimov bildirib ki, hazırda Gəncədə 20-ə yaxın dönərxana fəaliyyət göstərir. Yaxın günlərdə dönərxanaların fəaliyyəti yenidən yoxlanılacaq. Bölmə müdiri qeyd edib ki, sanitar-gigiyenik qaydalara əməl etməyən iaşə obyektləri ya bağlanacaq, ya da obyekt sahibləri cərimələnəcək.