Moskva metrosunda partlayış: 35 ölü, 30-dan çox yaralı

Moskva metrosunun iki stansiyasında törədilmiş partlayış nəticəsində 35 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Məlumatı Rusiya Baş Prokurorluğunun İstintaq İdarəsi yayıb.

İlkin partlayış yerli vaxtla səhər saat 8 radələrində «Lubyanka» metrostansiyasında olub, 23 nəfər ölüb, 18 nəfər yaralanıb.

İkinci partlayış təxminən yarım saat sonra «Park kulturı» metrostansiyasında törədilib. 12 nəfər ölüb, 15 nəfər yaralanıb.

Hadisə ilə bağlı «terrorizm» ittihamı ilə cinayət işi açılıb. Partlayışın gücü 3 kiloqram trotilə bərabər olub, hadisəni kamikadze törədib.

Xilasedicilər, həkimlər və müstəntiqlər hadisə yerində çalışırlar. Qatarların hərəkəti dayandırılıb.