Sabah Moskvada matəm günüdür

Moskvada metropolitendə baş verən hadisə ilə bağlı martın 30-u - sabah matəm günü elan olunacaq. Moskva hökuməti partlayış nəticəsində yaralananlara və həlak olanların ailələrinə maddi yardım ayrılması ilə bağlı göstəriş verib.

Rusiya prezidenti Dmitri Medvedev hüquq mühafizə orqanlarına bütün ölkədə təhlükəsizlik tədbirlərini gücləndirmək tapşırığı verib.