Beynəlxalq ictimaiyyət Moskvadakı terroru pisləyir

Beynəlxalq ictimaiyyət Moskva metrosunda törədilən qanlı terror aktlarını pisləyib. ABŞ prezidenti Barak Obamanın bəyanatında deyilir ki, zorakı ekstremizmə və dəhşətli terror aktlarına qarşı mübarizədə Amerika xalqı rus xalqı ilə birlikdədir.

Avropa Birliyi də terrorçuluğun bütün formalarına qarşı mübarizədə Rusiya rəhbərliyinin göstərdiyi səyləri dəstəklədiyini açıqlayıb. NATO beynəlxalq terrorla mübarizədə Rusiya ilə əməkdaşlıq etməyə qərarlı olduğunu bildirib.