Serbiya parlamentində 1995-ci ildə Srebrenisada törədilmiş kütləvi qırğının pislənməsi barədə bəyannaməni müzakirə edir. Qəryönlü hökumət hesab edir ki, regional barış və ölkənin Avropa Birliyinə inteqrasiyası üçün bu bəyannamə olduqca vacibdir.
Millətçilər isə bunun əleyhinə çıxırlar. Onlar deyirlər ki, sənəddə 1992-1995-ci illərin Bosniya müharibəsi zamanı serblərə qarşı törədilmiş qəddarlıqlar da əksini tapmalıdır.
Azlıqda olan müsəlman icmasının liderləri isə bəyannamə layihəsində müsəlmanların qırılmasının soyqırım adlandırılmamasından narazıdırlar.
1995-ci ilin iyulunda bütün Srebrenisa anklavında 8 min nəfər müsəlman kişi və oğlan qətlə yetirilmişdi.