«Beynəlxalq Qırmızı Xaç Komitəsi azadlıqdan məhrum olunmuşları qeydiyyatdan keçirir, onlara tez-tez baş çəkir, əsirlər azad edilənə qədər onlarla necə rəftar edildiyini və saxlanma şəraitini qiymətləndirir».
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi martın 31-də yaydığı bəyanatda onu əsirlərə ikili standartlarla yanaşmada suçlandıranlara cavab olaraq bunu bildirib.
Komitə nümayəndəliyi öz işi barəsində məlumat verir ki, onlar əsirlərlə təklikdə söhbətləşir, aşkar edilmiş problemləri azadlıqdan məhrum etmə yerlərinə cavabdeh olan hakimiyyət orqanları ilə konfidensial şəkildə müzakirə edir və ehtiyac yaranarsa, lazımi tövsiyələr verir:
«Qeyri-dəqiq məlumatların verilməsi həm saxlanılan şəxslərə, həm də onların ailə üzvlərinə mənfi təsir göstərə bilər. Komitə saxlanan şəxslərə aid məlumatları ancaq onların ailələri və ya hər iki tərəfin müvafiq hakimiyyət orqanları ilə bölüşməyə və müzakirə etməyə üstünlük verir və azadlıqdan məhrum olunmuşların ictimaiyyətin müzakirə obyektinə çevrilməməsinə çalışır».
Bir müddət əvvəl ombudsman Elmira Süleymanova Beynəlxalq Qırmızı Xaç Komitəsini Ermənistanda əsirlikdə olan Azərbaycan Ordusunun əsgəri Samir Məmmədovla bağlı yaranan problemə ikili standartlarla yanaşmaqda ittiham edib. Ombudsman deyib ki, Ermənistan tərəfinin əsir Samir Məmmədovun ailəsinə məktub yazmaq və ailəsindən məktub qəbul etmək istəməməsi iddiasına Qırmızı Xaç Komitəsi aydınlıq gətirməlidir.
Komitə nümayəndəliyi isə bəyan edir ki, Qırmızı Xaç heç vaxt əsirin arzusu olmasa, ona zorla məktub yazdıra bilməz.