Terrorçuların məqsədi Rusiyada qeyri-sabitlik yaratmaqdır

Rusiya terrorçuların ölkədə qorxu və təlaş yaratmasına imkan verməyəcək.

Bunu prezident Dimitri Medvedev deyib.

Medvedev deyib ki, terrorçuların məqsədi ölkədə qeyr-sabitlik yaratmaq, vətəndaş cəmiyyətini dağıtmaq, camaat arasında qorxu və təlaş yaratmaqdır.
və biz buna imkan verməyəcəyik.

Rusiyanın baş naziri Vladimir Putin isə Dağıstan və Moskva metrosundakı partlayışları eyni qrupunun törətdiyini istisna eləmir.

Dağıstan və Moskvada törədilmiş partlayışlarda 50-dən çox adam ölüb.