Erməni geyinin etirafları

Öz ölkələrində sıxışdırılan geylər Avropada istədikləri kimi gəzə bilirlər. Fransa, Paris, 2003

ARMENİN ETİRAFLARI

Özünü Armen kimi təqdim edən 22 yaşlı Yerevan sakini Eurasianet müxbirinə deyir ki, “Mənim valideynlərim biləndə ki, mən geyəm, əvvəlcə məni döydülər, sonra isə məni evdən qovdular. Hətta indi də, üstündən bu qədər vaxt keçməsinə baxmayaraq anam məni qəbul eləmir, dostlarım da tez-tez soruşurlar ki, “bəs sən doğrudan da onlardansan?”.

Armen deyir ki, ilk dəfə 13 yaşında anlayıb ki, geydir-geydir, sinif yoldaşına aşiq olanda. Amma sevgisini etiraf eləyə bilməyib. İlk rəfiqi, oğlan sevgilisinə isə 20 yaşında qovuşub, onu internet tanışlıq saytından tapıbmış.

Armenin sözlərinə görə, “oğlan sevfilisini, rəfiqəsini valdeynlərinə adi dost kimi təqdim edib. Amma bir gün anası Armeni dostuyla öpüşərkən tutub və ona çox qəzəblənib. Hətta o qədər qəzəblənib ki, döyməklə ürəyi soyumayıb, əsgərlikdə olan qardaşını da çağırıb ki, gəlib Armeni əzişdirsin.”
Bundan sonra Armeni evdən qovublar. İndi qoca nənəsinin yanında yaşayır.

GEYLƏR ÖZLƏRİ DƏ HÜQUQLARININ QORUNMASINA CƏHD ELƏMİR

2003-cü ildən sonra homoseksuallıq Ermnistan qanunlarına görə cinayət əməli olmayıb, qanuna zidd sayılmayıb. 2008-ci ildə Ermənistan hətta BMT-nin Cinsi azadlıqlar və Cender bərabərliyi isə xüsusi sənədini və AVROPA Şurasının bununla bağlı protokolunu imzalayıb və homoseksuallara qarşı da ayrıseçkiliyi qadağan edib.

Amma gey ermənilər elə bu gün də ayrıseçkiliyə məruz qalırlar. Onlar işdən qovulmaq, ailədən atılmaq, döyülmək, söyülmək riskiylə üzləşirlər.

Bəzi gey uşaqları olan ailələlərsə övladlarından keçə bilməyəndə, xaricə mühacirət etməyə məcbur olurlar. Eurasianet yazarı bildirir ki, eyni problem Azərbaycan və Gürcüstanda da aktualdır.

Amma Ermənistanda geylərin xüsusisə pis qarşılanması ABŞ Dövlət Departamentinin İnsan haqlarıyla bağlı hesabatına da düşüb.

Helsinki Vətəndaş Assambleyasının Ermənistan nümayəndəsi Mikael Danielyan deyir ki, burda gey ermənilərə qarşı hücumlar tez-tez olur, amma qurbanların gözü o qədər qorxub ki, onlar heç şikayət eləmirlər deyə, cinayət işi də açılmır. Bu üzdən heç insna haqları müdafiəçilərinin hesabatlarında dab u faktlar çox olmur.

GEY DÖYMƏK ƏN ŞƏRƏFLI IŞ SAYILIR

Geylərə qarşı ayrıseçkiliklə bağlı son qalmaqallardan birində Yerevanın meri Qaqik Beqlaryanın da adı qarışmışdı. Yerli media fevral ayında xəbər yaydı ki, merin göstərişi ilə kabinetinin pəncərəsi qarşısındakı parkda yığışan geyləri və transvestitləri ordan qovublar. Və bu zaman polis gücdən istifadə edib.

Amma merin sözçüsü Anjela Martirosyan merin belə göstəriş vermədiyini, belələrinə merin heç bir dəxli olmadığını deyib.

Amma Milli Mühavizəkarlar Hərəkatı adlı kişik bir partiya dərhal meri əsl erməni kişisi adlandırıb və bütün insanları geylərə qarşı hücuma çağırıb.

Azlıqların haqlarını qoruyan alyihələr həyata keçirən İctimai Məlumat və Maarifləındirmə Ehtiyacı cəmiyyətinin sədri Marina Margaryan deyir ki, bu gün el əvəziyyət yaranıb ki, “gey olmaq ən ağır utanc, geyləri döymək isə ən şərəfli addım sayılır”.

GEYLƏRİN GİZLİ CƏMİYYƏTLƏRİ

Repressiya və döyuülmə qorxusu olsa da, geylər bir-birlərini axtarıb tapırlar. Hətta gizli cəmiyyətlər də yaradırlar. Məsələn, internetdə erməni geylərinin özlərinin GayArmenia.com şəbəkəsi var. Amma bura üzv olana qədər insanı o qədər testdən, yoxlamadan keçirirlər ki, təsadüfi və ya məkrli şəxslər bura üzv olub, kimlərinsə şəxsi məlumatlarını əldə edə bilməsin. İndi bu şəbəkənin internetdə mindən çox üzvü var, və çoxu da Yerevanda yaşayır.

Şəbəkənin rəhbəri Mişa Meruyan deyir ki, bu qədər təhlükəsizli ktədbirini ona görə görürlər ki, geylər burda rahat ola bilsinlər. çünki onların arasında cəmiyyətdə müxtəlif yerlər tutan insanelar var və kimsə şəxsi məlumatlarının açıqlanmasını və sonradan başının ağrımasını istəmir.

Eurasianet yazır ki, Ermənistanda internet vasitəsilə yarana biləcək problemləri nəzərə alanda, bu tədbirləri başa düşmək olur. Məsələn bu yaxınlarda, internetdəki tanışlıq şəbəkələrinin birində guya ki, özü kimi biriylə tanş olub görüşə gedən bir geyni bir dəstə gənc möhkəm döymüşdü.