Bakı şəhər Prokurorluğu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində baş vermiş intihar hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumatda bildirilir ki, Sədrəddin Seyfullayev martın 24-də saat 14.00 radələrində Penitensiar Xidmətin Müalicə Müəssisəsinin hamam otağında mələfə ilə özünü asaraq intihar edib. Faktı üzrə həmin tarixdə Nizami rayon Prokurorluğu tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Meyitə ilkin baxış zamanı onun üzərində hər hansı xəsarət aşkar edilməyib və ölümünün səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertiza təyin olunub.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.