Natiq Rəsulzadədən yeni kitab

Yazıçı Natiq Rəsulzadə "Fikir oxuyan" adlı yeni kitabını ictimaiyyətə təqdim edib.

Aprelin 2-də Yazıçılar Birliyində keçirilən təqdimat mərasimindən sonra müəllif "Trend" agentliyinin müxbirinə deyib ki, "Fikir oxuyan" əsəri onun yaradıcılığında yeni mərhələdir.

"Bu fantastik əsər insanların fikirlərini oxuyan bir şəxs haqqındadır, amma bu iş ona asan başa gəlmir, onda xəsrəlik doğurur. Amma sonda hər şey yaxşı qurtarır".

Yazıçı deyib ki, kitaba bir neçə əsər daxildir.

"Orada sürrealist üslubda əsərlər də var, realist əsərlər də. Ona görə də düşünürəm ki, yaşından asılı olmayaraq hər bir oxucu orada özü üçün nəsə tapa bilər".