Yaraqlılar kəndə soxularaq 25 adamı öldürüblər

Ötən Gecə Bağdadın cənubundakı sünni kəndlərindən birinə hücum nəticəsində azı 25 adam ölüb.

Ölənlərdən 20-si kişi, 5 isə qadındır.

Məlumatlara görə silahlı adamlar Sufiyə kəndində bir neçə evə basqın edərək atəş açmağa başlayıblar.

Ölənlərin əksəriyyəti Əl Qaidəyə qarçı mübarizə aparan yerli birləşmənin üvləridir.