Lerik rayonunda Sərhəd Qoşunlarına məxsus hərbi maşının aşması, hərbçilərin ölümü və yaralanması ilə nəticələnən hadisə ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Lənkəran Qarnizon Hərbi Prokurorluğundan bildirilib. Məlumata görə, cinayət işi Azərbaycan Cinayət Məcəlləsinin 263.3-cü (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), 351.3-cü (döyüş, xüsusi və ya nəqliyyat maşınlarını idarəetmə və istismar qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurduqda) maddələri üzrə araşdırılır.
Hadisə nəticəsində dünyasını dəyişən və xəsarət alanlar hərbçilərin şəxsiyyətləri barədə
hələlik məlumat verilməyib.
Bu gün saat 15.00 radələrində Lənkəran-Lerik magistralının 48-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndi ərazisində Azərbaycan Sərhəd Qoşunlarına məxsus 04-63 SQ nömrə nişanlı hərbi maşın aşıb. Hadisə nəticəsində maşında olan hərbçilərin 4-ü ölüb, 12 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Məlumata görə, hərbi maşında olanlar ordu sıralarından tərxis olunan hərbçilər olub.
Yaralılar Lənkərandakı hərbi hospitala yerləşdirilib.
Hadisə yerinə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Faktla bağlı araşdırma başlayıb. /APA/