Əhmədinejad subsidiyaların kəsilməsinə yenidən baxmağı xahiş edib

İranın prezidenti Mahmud Əhmədinejad parlamentə müraciət edib ki, hökumətin subsidiyaları kəsmək təklifini bir də nəzərdən keçirsin. Əhmədinejadın hökuməti əhaliyə pulsuz və ya aşağı qiymətə verilən məhsul və xidmətlərə görə büdcədən ödənilən 40 milyard dollarlıq subsidiyanə kəsməyi təklif edib. Amma keçən ay büqdcə təsdiq olunarkən parlament subsidiyaların yalnız yarısının kəsilməsinə razılaşıb.

Bu gün parlamentə məktub göndərən prezident Əhmədinejadı deputatları bu məsələdə əməkdaşlıq etməyə çağırıb.

Təhlilçilər hesab edirlər ki, Əhmədinejad subsidiyaları kəsməklə hökumətini nüvə proqramı üstündə yaranan mübahisəyə görə yeni bir yanacaq sanskiyasına daha yaxşı hazırlamağa çalışır.

Parlamentin sədri Əli Laricani də bildirib ki, subsidiya islahatlarını müzakirə etmək üçün parlament və hökumət birgə komitə yaratmalıdır.