Dekabrist gənclər nə istəyir?

«10 DEKABR» Gənclər Təşkilatının logosu

Aprelin 5-də Azərbaycanda «10 DEKABR» adlı gənclər təşkilatı təsis edilib.

10 DEKABR NƏDİR?

«10 DEKABR» Gənclər Təşkilatının əsas məqsədi insan hüquq və azadlıqlarının, demokratik dəyərlərin təmin edilməsi və gənclərin bu prosesdə fəal iştirakına yardım etməkdən ibarətdir.

Dekabrist gənclər təşkilatlarının adını BMT-nin insan haqları günü ilə səsləşdirib.

10 dekabr 1948-ci ildə BMT İnsan Hüquqları Haqqında Ümumi Deklarasiya qəbul edilib. 1950-ci ildən etibarən bütün dünyada 10 dekabr insan hüqüları günü kimi qeyd edilir.

İŞ GÖRMƏK İSTƏYƏN GƏNCLƏR, BİRLƏŞİN!

10 Dekabr Gənclər Təşkilatının Təşkilat Komitəsi 5 gəncdən ibarətdir: Nahid İsmayıl, Azər Qasımov, Ülvi Həsənli, Turxan Qarışqa və Sənubər Heydərli.

Təşkilatın yaranması uzun müzakirələrdən sonra baş tutub. Sənubər Heydərli:

«Qərara gəldik ki, kənardan baxan, müşahidə edən, ortaya çıxmaq istəyən, hər hansı iş görmək istəyən gəncləri də aramıza qatmaq zamanıdır».

«10 DEKABR» hansı yenilikləri gətirəcək?

Dekabristlər «Nəyimizə gərək» deyib seyrçi qalan gənclərə hansı mesajı verdi?

«14-24»-ü bütünlüklə dinləsəniz, müzakirədən ətraflı xəbərdar olacaqsınız.