90-cı illərdə Yerevana səfər edən hər bir Azərbaycan vətəndaşı düşmən obrazına bürünürdü. O hətta jurnalist olsa belə. Yeni minillik bu səfərlərə yeni baxış bucağı gətirdi. Səfərlərin sayı artdıqca, tənələr də azalmağa başladı. Amma tam kəsilmədi.
Bugünkü müsahibim - kino tənqidçisi Ülvi Mehdi Yerevan səfərindən təzə qayıdıb. Hələ səfər təəssüratını çalışdığı saytla da bölüşməyib. Amma AzadlıqRadiosu.Az saytına müsahibə verdi.
- Ülvi bəy, Yerevana səfərin məqsədi nəydi?
- Yerevanda Luiza Poqosyan, Georgi Vanyan adlı insanlar var. Əsl sülh carçılarıdır. Öz saytları da var - SouthCaucasus.com. Qafqaz Sülhsevər Təşəbbüslər Mərkəzi də eynən Lenin kimi kinonun rolunu xüsusi qiymətləndirərək, Britaniya səfirliyi ilə birgə festival düzənləmək fikrinə düşüb. Bu sənət növünün Cənubi Qafqazın, Kiçik Asiyanın indiki vəziyyətini, insan talelərini göstərmək baxımından çox önəmli olduğunu düşünüblər. Orada Türkiyənin qısametrajlı filmləri də nümayiş olundu. Məni də kinoşünas kimi, ekspert kimi dəvət etmişdilər. Bir xeyli düşünüb təklifi qəbul etdim. Mənim üçün maraqlı idi ki, erməni tamaşaçısı necə kinoya gedir, orada nə qədər kinoteatr var, ölkənin kino həyatı hansı durumdadır və s.
- Bəs nələrlə qarşılaşdınız Yerevanda?
- «Avatar» filminə baxdım. Orada 3 kinoteatr var—dünya standartlarına cavab verən. «Avatar»a 3D formatında baxa bildim.
- Bizdə yoxdur o imkan?
- Yox! Bizim avadanlıqlar 1997-ci ildən qalıb...O da bircə «Azərbaycan» kinoteatrındadır. Düzdür, prezident fərmanı var, amma işlər ləng gedir. İndi 2-3 kinoteatrda rekonstruksiya aparılır.
- Yeri gəlmişkən, sizinlə söhbətdən əvvəl Yerevan radiosuna müsahibənizə qulaq asırdım. Orda da kinoteatrlardan danışırdınız. Adı nə idi radionun?
- Radio «Arzaqanq». O radionun formatı bizim «Kultura.Az» saytına oxşayır. Orda da alternativ mədəniyyətdən danışırlar. Maraqlı teatr, musiqi tənqidçiləri qonaq olurlar. Siyasətdən kənar söhbətlər olur. Keçmiş bakılı, indi tanınmış musiqişünas, caz şərhçisi sayılan Armen Manukyan iştirak edir. Mənə müxtəlif təkliflər oldu, özüm bu radionu seçdim.
- Yerevanda Türk filmlərinə maraq var idimi?
- Filmlərə daha çox tələbələr gəlirdi. Səsvermədə hətta məktəblilər də iştirak edirdi. Belə başa düşdüm ki, onlar öz qonşularını tanımaq istəyirlər.
- Hansı filmlər göstərildi?
- Qısametrajlı tələbə filmləri var idi. Məsələn, Ceyhanın filmini çox bəyəndim. Müsəlman ailədə böyüyüb Qərb mədəniyyətiylə yaşayan bir nəfərin problemlərini üzə çıxarmışdı. Daha bir sənədli film cəmiyyətdə AİDS xəstələrinə münasibətlə bağlı idi. Cürbəcür filmlər vardı. Maraq çox böyük idi. Dediyim kimi, filmləri qiymətləndirirdilər. Və məni ən heyrətləndirən məktəblilərin marağı idi. Çünki özüm də, oxucularımın məndən ən azı 15-20 yaş kiçik olmasını arzulardım. Mənim üçün bu, göstəricidir.
- Festivalda Azərbaycan filmi yox idi?
- Yox idi. Çünki rəsmilər—Ermənistanın Mədəniyyət Nazirliyi təşkilatçıların istəyini rədd etmişdilər. Amma xalq Azərbaycan filmlərinə maraq göstərir. Onlar filmlərimizi Rusiyadan alıb baxırlar. Hətta məni bir çəkildiyim filmdən tanıdılar.
- Ülvi bəy, əvvəllər Yerevanda olmuşdunuzmu?
- Sovet vaxtında...
- Nələr dəyişib, nələr necə var, elə qalıb?
- Ancaq mərkəz dəyişib. Kəndlərdə, rayonlarda həyat dayanıb. Çünki hamı dolanışıq dalınca Rusiyaya, Türkiyəyə, yer kürəsinin müxtəlif guşələrinə qaçır. Yerevan da diasporun gücünə inkişafdadır. Orda da əsas küçələr rekonstruksiya olunub, ətraflar hələ də necə var, elə qalıb... Bizə oxşar bir cəhətlərini də sezdim. Yerevanda çoxlu şadlıq sarayları var... Adına da «Salon torjestv» deyirlər. Toyun kultu orda da böyükdür. Bir də, qəbirüstü abidələrlə bağlı oxşarlığımızı tutdum. Mənə elə gəldi ki, bunu onlar bizə yadigar qoyub gediblər.
- Şəhərdə gəzərkən sizdən nə soruşurdular?
- Adi maraq doğuran suallar verirdilər. Maaşlar nə qədərdir, kim nə qədər alır, filan şey neçəyədir və s. Köhnə bakılılar evlərini, küçələrini xəbər alırdılar. Yəni kin-küdurət yoxdur, maraq vardı.
- Bəs qonağı olduğunuz radioda nələrdən danışdınız?
- Daha çox caz barədə soruşurdular. Onların məlumatı var Azərbaycan cazı haqqında. Vaqifi, Salman Qəmbərovu tanıyırlar. İndi internet əsridir. Hər şeyi onun vasitəsi ilə əldə etmək olur. Elə mən də onlardan bəzilərini tanıyırdım. Onlar xaricdə yaşayırlar, təhsil alırlar. Ancaq festivallar olanda, Ermənistana gəlirlər. İki caz klubda oldum. Orda da tələbələr çıxış edirdilər. Şəxsən mənim üçün maraqlı olardı hər iki ölkənin cazmenlərinin «ceym-seyşn»ini dinləmək! Bu mənim işim deyil, ancaq arzumdur.
- Sizdən kinomuzun, kino teatrlarımızın vəziyyətini soruşurdular. «Vətən»in, «Azərbaycan»ın, hətta «Nizami»nin taleyini xəbər alırdılar...
- Hə, mən də hər şey necədir, eləcə də söyləyirdim...
- Onların kinoları nə səviyyədədir?
- İki filmə baxdım. Biri xoşuma gəldi - «Sərhəd» adlanırdı. Arutyun Xaçaturyanın sürrealistik pritçasıdır. Sənədli film formasında çəkilib. Ümumiyyətlə orda kino tamaşaçı var. Kinoya gedirlər. Kinoteatrlar fəaliyyətdədir. Məndən əvvəl orada İran filmləri həftəsi keçirilib. Bizdə də tamaşaçı var. Amma DVD formatdadır hər şey.
- Ülvi bəy, getdiniz Yerevanda 4-5 gün qaldınız. Nə fikrə gəldiniz? Bu işlərin axırı necə olacaq?
- Rusiyada Azərbaycanlılarla ermənilər dil tapır, Türkiyədə dil tapır. Ortaq yeməklər, musiqi alətləri, biznes varsa...
- Söhbətin əvvəlində dediniz ki, təklifi alanda xeyli fikirləşdim. Peşman olmadınız getdiyinizə?
- Niyə peşman oluram... Hər halda səfər idi. Müəyyən təəssüratlarım var. Mən elə sənətin sahibiyəm ki, hadisələrə subyektiv baxışım olmalıdır. Və gördüklərimi bölüşəcəyim oxucum var.
- Radioda sizdən soruşdular ki, Yerevan kənardan necə görünür? Cavabınızı deyin, oxucularımız da eşitsin.
- Mən dedim ki, Yerevan yaxşıdır, amma Bakı daha gözəldir! Çünki...dənizi var!