Ərdoğanla Sarkisyan Vaşinqtonda bir araya gələcəklər

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Ermənistan prezidenti Serj Sarkisyan aprelin 12-13-də Vaşinqtonda bir araya gələcəklər.

Görüş Vaşinqitonda keçiriləcək nüvə təhlükəsizliyi sammiti çərçivəsində baş tutacaq.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi aparatının rəhbəri, baş nazir Rəcəb Tayyib Ərdoğanın xüsusi elçisi Firudin Sinirlioğlu məlumat verib.

Firudin Sinirlioğlunun sabah Azərbaycana səfəri gözlənilir.