Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Gürcüstan parlamentiindəki xarici əlaqələr komitəsinin sədri İrakli Kavtaradze Azərbaycana səfir təyin olunub.

APA-nın məlumatına görə, parlamentdə keçirilmiş səsvermə zamanı deputatlar yekdilliklə onun təyinatının lehinə səs veriblər.

Yeni səfirin namizədliyini prezident Mixail Saakaşvili verib.