Barak Obama Viktor Yanukoviçi qəbul edəcək

ABŞ prezidenti Barak Obama aprelin 12-də Vaşinqtonda Ukrayna prezidenti Viktor Yanukoviçi qəbul edəcək.

Görüş nüvə təhlükəsizliyi ilə bağlı beynəlxalq sammit çərçivəsində keçiriləcək.

Ağ evdən verilən məlumata görə liderlər nüvə silahlarının yayılmaması, qlobal iqtisadi böhran, enerji təhlükəsizliyi və müdafiə sahəsində əməkdaşlıq da daxil olmaqla bir çox məsələləri müzakirə edəcəklər.

Bu Barak Obama ilə Viktor Yanukoviç arasında ilk görüş olacaq.