AB-i Yunanıstana yardım məsələsini müzakirə edir

Avro zonasına daxil olan ölkələrin maliyyə nazirləri ağır iqtisadi böhranla üzləşmiş Yunanıstana yardım məsələsini müzakirə edirlər.

İclasda Avropa Mərkəzi Bankı və Avropa Komisiyasının nümayəndələri də iştirak edirlər.

Yunanıstanın baş naziri Georgi Papandreu dünən ölkəsinin rəsmi şəkildə Avropa Birliyindən yardım istəməyə hazır olduğunu bəyan edib.