Neft Akademiyasındakı qanlı hadisə ilə bağlı məhkəmə başlayır

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ötən il Neft Akademiyasında baş vermiş qanlı hadisə ilə bağlı məhkəmə prosesi keçiriləcək. Məhkəməyə hakim Ramella Allahverdiyeva sədrlik edəcək.

2009-cu il aprelin 30-da Neft Akademiyasının ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirov binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinə qədər qarşısına çıxan tələbə və müəllimlərə “Makarov” markalı tapançadan atəş açmışdı. 12 nəfər ölmüşdü, 13 nəfər yaralanmışdı. Hadisəni törədən Fərda Qədirov sonradan özünü də güllələyib öldürmüşdü.

İşlə bağlı 4 nəfər istintaqa cəlb olunub.