Aprelin 12-də Bakıda NATO Parlament Assambleyası Siyasi Komitəsinin nümayəndə heyətinin dörd günlük məsləhətləşmələri başlayıb.
NATO-ya üzv olan müxtəlif ölkələri təmsil edən 22 nəfərdən ibarət nümayəndə heyəti parlamentdə, XİN-də, müdafiə, milli təhlükəsizlik, energetika nazirliklərində və s. görüşlər keçirəcək.
NATO ölkələrinin nümayəndələri NATO və Azərbaycan arasında “Sülh naminə tərəfdaşlıq”, “Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı”, “Planlaşdırma və təhlil prosesi” proqramlarının gedişi ilə tanış olacaqlar.
NATO ilə əməkdaşlıq Azərbaycanın hərbi, siyasi, iqtisadi islahatlar həyata keçirməsini, təhlükəsizlik sahəsində müxtəlif proqramlar və əməliyyatlar çərçivəsində qarşılıqlı fəaliyyəti nəzərdə tutur.
Azərbaycanın NATO-ya inteqrasiyası yolunda ciddi maneə olan Qarabağ münaqişəsinə xüsusi diqqət yetiriləcək. Son vaxtlar Bakı Avropa təhlükəsizlik qurumuna inteqrasiya etmək istəyi barədə daha tez-tez danışır.
/Turan/