Əvvəlini burda oxu
TAZƏ XƏBƏR
– Ay ev sahibi fala baxdırmazsınız? Yaxşı fala baxıram, bəxt açıram...
– İçəri gəl, görək sən xalqı nə hiylə ilən alladırsan, bədbəxt qaraçılar hamısı falçıdır sadə adamlar yoxdur.
– Kimçün baxdırırsınız-adını deyin.
–Bax görək bu konstitutsiyanı ki deyirlər bunu doğrudan veriblər-ya ki, belə şeyi yoxdur...
–Niyyətinizi edin əlinizi sürtünüz tasa, sonra baxım.
–İmdi bax! (Əlin sürtür tasa)
–Konstitutsiya, konstitutsiya;-özün ürəgin düz, əlin açıq, gözəllikdə misalın yox, amma nə deyim...
Atan anan səni saxlayıb, hələ verməyirlər-o da ondan ötrüdür ki, öz əmin və dayın sən biçarənin bəxtin bağlayıblar, sənə cadu ediblər, qoymuyurlar ki səni birisi alsın.
–İmdi hərgah bu qızın ata anası mənə bir şeyi versələr mən bu biçarə qızın bəxtin açaram. Bir ayacan da ərə gedib oğullu qızlı olar.
–Xa xa xa ... a! Vay sənin yalançı evivəcən arvad! Sən yaxşı konstitutsiya ərə verə bilərsən?!
Ü. (Üzeyir)
“İrşad” qəzeti, 30 dekabr 1905, №11
TAZƏ XƏBƏR
– Hardan gəlirsən, ay biçarə sərgərdan. Səni məgər heç asudə görmək olmaz! Hələ o küçədə, bu küçədə il-ay uzunu dolan, axır görək bəhanə nə verəcəklər.
– Dürüst sözdür deyirlər: Dərd sahibi dər-dəra-kərdət-əsər, ay qardaş məgər yuxuya getmişsiniz, oxuyanınız yoxdur və cavab yazanınız yoxdur; niyə danışmıyorsunuz?
– Nə olub Allah göstərməsin, tazə bədbəxtlik vaqeə olub yoxsa? Hə!...
– Heç habelə bir şey yoxdur. Ancaq cəmi Qafqaziyyənin müsəlmanlarından ötrü mənbeyi-fəxr dövlət olan Bakı şəhəri kibi bir sərvətli şəhər imdi Gəncəyə tabe olub.
Onu məhəlli-şurayi-müslimin Qafqaziyyə ədd edib onların təhti-hökmündə lazımdır ola! Zəhi-qəflət, rəhi-xəcalət bundan da artıq gözliyorsunuzmu?...
– Belə isə bu yaxşı oldu. Sədafərin Gəncə sakinlərinin bunca kəmalinə belə lazım idi olsun. İnşaallah ümidvaram ki, bundan belə o qeyrətli, himmətli kişilər dəxi qeyrilər kibi yatmıyor, gecə və gündüz millətin vəqfiyyatını və qeyrə-qeyrə ixtiyaratının mütabiləsini dövlətdən iddia edirlər.
Laməhalə bir də öz məscid və mənabirəmizi fariği-mən-əl-hülumətə görərik və bir fəqir bielmləri heylə vədələr ilə təlimləndirərlər.
Yaxşı deyiblər ki,
Tərsimi-nərsi bəkibəli ərəbi
in rah ke tövmiri be Türkistanəst.
Vədələr təamını hələ bizə yedirərlər. Pəs onda müsibətə tamaşa edərsən ki, bu təam qüvveyi-hakim təsəvvürünə keçə o vəqt bu təamın ədəmi-buxarı biri də ədəm vilayətinə həmli-nəql edər.
– Allah sizə tövfiqi-külli əta etsin. Gəncə sakinləri bizlər bundan sonra müləcceyi-ümidi-millət barəsində sizə bacardıqca yardım etməyə canımızla, malımızla hazırıq.
Ü.
“İrşad” qəzeti, 1 yanvar 1906, № 12.
ÜRƏK BULANDIRICI BİR XƏBƏR
Bu gün “Tifliski listok” qəzetəsində oxuduq: “Fevralın 20-sində Peterburqdan “Vozrojdeniye” qəzetəsinə bunu dəxi teleqraf vasitəsilə xəbər veriyorlar ki, “senator Çerivanski hökuməti xəbərdar ediyor ki, qırğız taifəsini müsəlmanlıqdan qorusunlar.
Çünki müsəlmanlıq, onun sözünə görə, mədəniyyət və mərifəti öldürür.
Və bir də təklif ediyor ki, qırğızların həyat və məişətinə müvafiq rus zakonları tətbiq edilib onların müsəlman olmadıqların sübut etsinlər”. Böylə bir ürək bulandırıcı, qəlb sındırıcı, könül xarab edici xəbərə inanmaq çox çətindir.
Çətindir o səbəbə ki, bütün Rusiyanın müxtəlif cəhətlərini iskan edən müsəlman taifəsinin ehtiyacati-ruhaniyyələrini rəf və ləvazimati-diniyyələrini bərəncam edib məsaidati-diniyyə sarıdan müsəlmanları təminə məmur olmuş Çerivanski qırğızları öz dinlərindən qorumaq və onların nəzərində müsəlmanlığı təhqir və zəm etmək kibi vicdan qəbul etməyən və insaf yol vermiyən böylə bir təşəbbüsə iqdam etsin, bu əqlə sığmayan bir xəbərdir.
Və bir də öz əql və kəmali sayəsində öylə ali bir mənsəbə çatmış Çerivanski heç bir vaxt iqrar edəməz ki, müsəlmanlıq mədəniyyət və mərifəti öldürür, əgər bu xəbər doğrudursa, o surətdə cənab Çerivanskinin gözbağlayıcı qəsdilə məmurluq libasına bürünmüş bir misyoner olduğunu heç bir sahibi-vicdan inkar edəmməz.
Lakin biz əminiz ki, dövlət böylə bir böhranlı zamanda heç bir xilafi-qanun təşəbbüslərdə bulunmayan və vətənimizin hər bir yaxşı və yaman günündə kəmali-sədaqətlə dolanan və həmişə sülh və müsalimət tərəfdarı olan müsəlmanların uğrunda can fəda etmək dərəcədə əziz və möhtərəm olan din və məzhəb məsələlərinin həllini misyoner öhdəsinə həvalə etməz.
Dini-islam, qırğızların xilqətinə böylə sirişt olub ki, naqabil fənn bir sifət mənziləsindədir.
Onu ayırmağa heç bir kəsin qüdrəti ola bilməz. Və böylə alçaq və dəni işə iqdam edən, yəni əlsiz, ayaqsız qırğızların var-yoxu olan bir islam dininə də tətavül əlini uzadan bimürüvvət, qırğızların ah və nifrətinə hədəf olub vicdanın sədayi-ədalət gövsindən rahət qala bilməz.
Yox, böylə xilafi-ədalət bir tədbiri əşar edən bu xəbərə bavər etmək mümkün deyil.
Ümidvarız ki, inşaallah böylə bəd xəbərə biz kəmali-məsərrət və təşəkkür ilə bir rəddiyyə eşidəriz.
Ü.HACIBƏYOV
“İrşad” qəzeti, 23 fevral 1906, № 54
sirişt- yaradılmış, insanın daxili aləmi
tətavül-təcavüzkar
bavər-inanmaq
məsərrət-şadlıq, sevinc
BİR NEÇƏ SÖZ
Rusların doğruca bir məsəli vardır: “Xeyirsiz şər yoxdur”.
Filhəqiqə insan başına gələn hər bir fəna macəranın, istər insanın özünə, istər onu əhatə edən dairəyə xeyirli bir nəticəsi də olur. Bunun təfsirə ehtiyacı yoxdur.
İştə bütün Zaqafqasiyanı qanlı bir ərzəyə döndərən və tamam bir il davam edən bu erməni-müsəlman ixtişaşının da ən böyük bir xeyri oldu. Bu xeyir hər bir halda arzu ediliyordu.
Lakin onun meydana çıxması üçün dəhşətli bir şər lazım idi. İştə bu şər erməni-müsəlman ixtişaşı şəklində vüqu buldu, vüqu bulub da arzu edilən xeyiri meydana çıxardı. Bu xeyir hansıdır?
Bu xeyir – Qafqaz həyat və məişətinin “requlyatsiyası”dır .
Yəni Qafqazı iskan edən bu üç millətin (erməni, müsəlman, gürcü) ömür və təəyyüşünun mülkiyyət cəhətincə yek-digərə nisbətən nizam və qaidə üzrə mürur etmək halını kəsbə başlamasıdır.
Bu isə-çoxdan arzu edilirdi. Bəhsimin izahı üçün Qafqazın bir on, on beş il bundan əqdəm keçən həyat və məişətinə bir nəzər atalım.
Bunun üçün artıq bir söz deməyib yalnız bir bununla iktifa edəlim ki, avropalıların nəzərində “Qafqaz” ləfzi “Ermənistan” ilə mütəradif idi. Yəni “Qafqaz” ilə “Ermənistan” ləfzləri Avropada ümumiyyət etibarı ilə bir müsənnidə kibi zənn olunurdu.
Bu isə Qafqazın doğma balalarından ədd olunan gürcü və müsəlman milləti ürəfa və pişrovlarının qəlbini kədərlə məşhun etmişdi.
Bunlar vətənlərində özlərinə məxsus olub zəbt edilmiş nam, heysiyyət, hüquq və ixtiyaratın iadəsini arzu ediyordular. Daha doğrusu Qafqazı iskan edən bu üç millətin həyat və məişətinin “requlyasiya”sı əməlində idilər.
Məlum olduğu üzrə bu arzunun da qövldən feilə gətirilməsi üçün bir “requlyator” lazım idi. Bu da həm bilaşəkk və şübhə yalqız bir cismani və yaxud mədəni bir mübarizəyə bağlı idi. İştə sual:
Bu mübarizə çarəsiz vaqe olacaq idimi?
Bu suala cavab üçün digər bir sual verəlim: gürcü və müsəlman arasında öz millətlərinin öylə bir hal davam etsə idi, məhv və nabud olacaqlarını nəzərə alan, yəni bəsirət sahibi olan ünsürlərin ədədi çox idimi?
Buna cavab: müsəlmanlar arasında az, lakin gürcülər arasında çox idi.
Bunu isbat üçün gürcü üdəbasını xatirə gətirəlim, yaxud yalqız knyaz Çavçavadzenin “Ah-nalə edən daşlar” ünvanında əsərini dərxatir edəlim və yaxud gürcü ilə erməni mətbuatı arasında bu zamanə kibi davam edən mübahisə və mücadilələri nəzərdə tutalım.
Bu nöqteyi-nəzərdən gələcəyə baxılsa idi, gürcülər ilə ermənilər arasında cismani, yaxud mədəni şiddətli bir mübarizə vaqe olacağını surəti-qətiyyədə xəbər vermək üçün peyğəmbər olmaq lazım gəlməzdi...
İştə o mübarizə zamanı hülul etməmiş bu erməni-müsəlman ixtişaşı vaqe oldu.
Bu iki millətin dava-dalaşı əvvəla gürcülərin işğal etdikləri mərtəbədən mafövqündəki mərtəbəyə asan bir vəchlə süud etmələrinə səbəb oldu.
İstər ermənilər, istər müsəlmanlar nəzərində gürcülərin şan və heysiyyəti artdı, buna da səbəb gürcülərin bu ixtişaşa kəmali–küdurət ilə baxıb ixtişaş müsəbbəblərini bitərəfanə və biqərəzanə zəmm və qədh etmələri idi. Avam demişkən, gürcülər bu halda özlərini ağır tutdular.
Vətəndaşlarının müsibətinə əl çalıb gülmədilər və bununla ermənilər ilə-müsəlmanlar arasında ehtirama layiq oldular.
Və saniyən bu ixtişaş ermənilərin Qafqazda biməhaba hər bir cəhətdən hökmfərma olmalarına bir zimam oldu. Artıq söz demirəm.
Və salisən bu ixtişaş xabi-qəflətə müstəğrəq olan müsəlmanlara bir zərbə kibi toxunub ən gözəl bir zamanda bəzi hürriyyət sübhi açılha-açılda yuxudan bidar etdi. İştə ixtişaş, demək olur ki, qurtarıbdır.
Gürcülər, hürriyyət kəsbi üçün illər ilə sərfi-məsai iqtiza edən bir mövqei işğal etmişlər.
Ermənilərin biməhabalığına zimam vurulmuş, müsəlmanlar da sübh zamanında yuxudan qalxıb işə girişmiş cavana mənsub bir şövq və həvəslə mədəniyyət və mərifət yoluna qədəm qoymuşlar.
Bir on il bu hal davam etsə, Qafqaz bəxtiyar və əsl mədəni bir ölkə olub özgələr mənafeini qarpmaq kibi təşəbbüslərə dəxi meydan olmaz.
Üzeyirbəy Hacıbəyov
“İrşad” qəzeti, 7 mart 1906, №62.
təəyyüş- yaşama, kecinmə
iktifa-kifayətlənmə
müsənnidə-ikili, iki hissədən ibarət
mütəradif-sinonim
zəmm-eybini söyləmək
biməhaba-qorxusuz
zimam-çilov