Əfqanıstanda ABŞ əleyhinə etiraz aksiyaları keçirilib

Əfqanıstan prezidenti Həmid Karzayi aprelin 12-də xüsusi bəyanat yayaraq NATO qüvvələrinin açdığı atəşlə dörd mülki şəxsin öldürülməsini kəskin pislədiyini bildirib. Sənədə görə Qədəhar şəhərində baş verən bu hadisədə onlarla adam da yaralanıb. NATO-nun komandanlıq etdiyi beynəlxalq qüvvələr araşdırma apardığını bildirir.

Bu hadisəyə görə Qəndəharda ABŞ əleyhinə etiraz aksiyaları keçirilib. Yerli sakinlər avtomobil şinlərini yandıraraq şəhərdə əsas yolları bağlayıblar.

Qəndəharda başqa bir hadisədə isə iki intiharçı Əfqanıstan Milli Təhülkəsizlik qüvvələrinin ofisinə hücum edib. Amma hökumət qüvvələrindən zərərçəkən olmayıb.