Bakiyev istefaya 3 şərt qoyur

Qırğızıstanın devrilmiş prezidenti Bakiyev istefasının 3 şərtini deyib. O bildirib ki, əvvəla, silahlı adamların özbaşınalığına, əmlakın belə bölüşdürülməsinə son qoyulmalıdır. İkincisi, Bakiyevin özünə, ailəsinə və qohumlarına təhlükəsizlik təminatı verilməlidir. Üçüncüsü, hamıya imkan verilməlidir ki, yaxın 2-3 ayda keçiriləcək prezident seçkilərinə hazırlaşa bilsinlər.