Prezident İlham Əliyev sahibkarlıq sahəsində yoxlamaların vahid qaydada aparılmasına dair fərman verib.
Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasına dair tədbirləri nəzərdə tutan fərmana görə, Nazirlər Kabineti iki ay müddətində istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə aparılan yoxlamaların vahid qaydasını hazırlayıb prezidentə təqdim etməlidir.
Nazirlər Kabinetinə sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə olunmasını mümkün edən vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlamaq da tapşırılıb.
Fərmanla müəyyən edilir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Ədliyyə Nazirliyinin aparacağı vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.