ABŞ Qırğızıstanın müvəqqəti hökumətinə yardım edə bilər

ABŞ Dövlət katibinin köməkçisi Robert Bleyk aprelin 14-də Qırğızıstanın müvəqqəti hökuməti ilə görüşür.

Bleyk hökumətin lideri Roza Otunvayeva ilə birgə mətbuat konfransında bildirib ki, səfərdə məqsədi Dövlət katibi Hillari Klintonun müvəqqəti hökumətin demokratiyanı bərpa etmək üçün indiyə kimi atdığı addımları dəstəklədiklərini nümayiş etdirməkdir.

Eyni zamanda yeni konstitusiya və Qırğızıstanda seçkilərin təşkili ilə bağlı cədvəli hazırlamaqdır.

Dövlət katibinin köməkçisi həmçinin bildirib ki, ABŞ Qırğızıstanın müvəqqəti hökumətinə yardım etməyin mümkünlüyünü nəzərdən keçirir. Robert Bleyk bildirib ki, Kurmanbek Bakiyev məhkəmə qarşısında durmalıdır.

Bununla belə Roza Otunbayeva prezident Bakiyevlə danışıqlar aparılacağını istisna etməyib.

Dünən prezident Bakiyev bildirib ki, onun və ailəsinin təhlükəsizliyi təmin ediləcəyi təqdirdə istefa verə bilər.

Aprelin 6-7-də Bişkekdə müxalifətin kütləvi etiraz aksiyaları zamanı 84 nəfər ölüb, 500-dən çox adam yaralanıb, müxalifət hakimiyyəti ələ keçirib.