Azərbaycanda sosial turizm xidməti yaradılacaq

Azərbaycanda sosial turizm xidməti yaradılacaq. Bu məsələ 2010-2014-cü illəri əhatə edən turizmin inkişafına dair dövlət proqamında nəzərdə tutulur.

Yeni Azərbaycan Partiyasının internet səhifəsinin məlumatına görə bu barədə Mədəniyyət və Turizm Nazirliyindən deyiblər.

Məlumata görə, bu xidmət nəticəsində aztəminatlı ailələr, sağlamlıq imkanları məhdud olanlar, əlillər, uşaq və tələbələr ölkənin turizm məkanlarında ucuz qiymətə dincələ biləcəklər.

Dövlət proqramına əsasən, turizmlə bağlı qanunvericilik təkmillşədiriləcək, yeni turizm zonaları yaradılacaq, turizmin müxtəlif növləri inkişaf etdiriləcək.

Məqsəd Azərbaycanın turizmini ölkə iqtisadiyyatının dayanaqlı və inkişafda olan sənayesinə çevirməkdir.