Rusiya Qırğızıstana təcili yardım ayırıb

Rusiya həftənin sonunadək Qırğızıstana yardım göstərəcək.

Moskva əhaliyə sosial yardım üçün 20 milyon dollar qrant və 30 milyon dollar həcmində sərfəli kredit ayıracaq.

Baş nazir Vladimir Putin bildirib ki, Moskva lazım gəlsə Qırğızıstana yardımların həcmini artıra bilər.