AŞPA prezidenti hüquq müdafiəçiləri ilə görüşüb

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu bu gün hüquq müdafiəçiləri ilə görüşüb.

AŞ-nin Azərbaycandakı İnformasiya Ofisində keçirilən görüşdə hüquq-müdafiəçiləri Ələsgər Məmmədli, Zəlihə Tahirova və vəkil Aslan İsmayılov iştirak edib.

Hüquq müdafiəçiləri Mövlud Çavuşoğluya Azərbaycanda insan haqları və digər azadlıqların vəziyyəti barədə məlumat veriblər