Yığmamız Türkiyə millisinə uduzub

Avropa çempionatının elit-mərhələsində mübarizə aparan 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması bu gün qrup mərhələsi çərçivəsində ilk oyununu keçirib.

Yığmamız Türkiyə millisi ilə qarşılaşıb.

Oyun 2-0 hesabı ilə Türkiyə yığmasının xeyrinə qurtarıb.

Topların ikisini də "Qalatasaray"ın gənc ulduzu Emre Çolak vurub.

/ANS/