Bakiyevə mitinqdə çıxış etməyə icazə vermədilər

Kurmanbek Bakiyevə mitinqdə çıxış etməyə icazə verməyiblər. Aprelin 15-də Bakiyev tərəfdarları Oş şəhərində mitinq keçirmək istəyirdi.

Ancaq prezidentin tərəfdarları toplaşan meydana çoxlu sayda rəqibləri yığılıb. Onlar Bakiyevin dayandığı tribunaya yaxınlaşmağa çalışıblar.

Prezidentin mühafizəsi havaya atəş açaraq Kurmanbek Bakiyevi binaya aparıblar. Daha sonra «Cip» markalı maşına minərək binadan uzaqlaşdırılıb.

«İnterfax»ın məlumatına görə müxalifət tərəfdarları prezidentin avtomobilinin arxasınca daş atıb.

Daha sonra Bakiyevin rəqibləri tribunanı sökərək, meydana toplaşan prezident tərəfdarlarını ordan çıxardıblar.