Qırğızıstanın keçmiş müdafiə naziri həbs olunub

Qırğızıstanın keçmiş müdafiə naziri Bakıt Kalıyevin həbs olunduğu xəbər verilir.

Associated Press agentliyi müvəqqəti hökumətə istinadla onun ölkənin cənubunda həbs olunduğunu xəbər verir.

Yeni hakimiyyət onu aprelin 7-də nümayişçilərə atəş açmaq əmri verməkdə, 80-dən çox adamın ölümündə itiham edir.