Avropanın şimalında hava məkanı hələ də bağlıdır

İslandiyada vulkan pusgürməsinə görə Böyük Britaniyadan Baltik ölkələri və Rumınyanın cənubunadək hava məkanı hələ də tam və ya qismən bağlıdır.

Dünən Avropada 16 minədək təyyarə reysi təxirə salınıb.

Uçuş üçün təhlükəli olan toz bludu hazırda cənub-şərqə doğru hərəkət edir və ola bilsin ki, bu hələ bir neçə gün uçuşlara mane olacaq.

Hazırda Britaniya,Fransa və Almaniyada bir çoz hava limanları bağlıdır, həmçininRumınya və Macarıstanın cənub-şərqində uçuşlar təxirə salınıb.

Beynəlxalq Hava Nəqliyyat Assosiasiyasının hesablamasına görə uçuşların təxirə salınması hər gün hava şirkətlərinə 200 milyon dollardan çox ziyan vurur.