ABŞ müdafiə nazirinin müavini Bakıdadır

ABŞ Müdafiə nazirinin müavini Michele Flournoy Bakıda səfərdədir.

O bu gün xarici işlər nazir Elmar Məmmədyarovla görüşüb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə , görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq, regional və qlobal təhlükəsizlik məsələləri müzakirə olunub.

Xanım Flournoy bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın beynəlxalq antiterror əməliyyatlarında iştirakı, habelə Əfqanıstanda sülh və sabitliyin təmin edilməsində dəstəyini yüksək qiymətləndirib.