Mərhum xizəkçi Kumaritaşvilinin ailəsinə 10 min dollar verilib

Kanadanın Vankuver şəhərinin ticarət palatası fevralın 12-də qış Olimpiya oyunları vaxtı həlak olmuş gürcüstanlı xizəkçi Nodar Kumaritaşvilinin ailəsinə 10 min dollar verib.

Bu palata şəhərin aparıcı iş adamlarını özündə birləşdirir.

Beynəlxalq Olimpiya Komitəsi bazar ertəsi onun ölümünün səbəbini açıqlamalıdır.