Əsgərlər minaya düşərək həlak olublar

Bu gün Əfqanıstanın cənubunda 2 Hollandiya əsgəri həlak olub, biri isə yaralanıb.

Niderland Müdafiə Nazirliyinin məlumatına görə, əsgərlər Uruzqan əyalətində minaya düşüblər.

Hazırda Əfqanıstanda 1600 Hollandiya əsgəri var.

Onların missiyası bu ilin avqustunda sona yetir.