Azərbaycanın Belorusa məhsul ixracı imkanları müzakirə edilir

Aprelin 19-da Azərbaycanda istehsal olunan malların Belorusa ixracı imkanlarının genişləndirilməsi müzakirə olunur.

Müzakirə Belarusun paytaxtı Minskdə Azərbaycan və Belarus iş adamları arasında keçirilən işgüzar görüş çərçivəsində aparılır.

İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, Azərbaycan və Belarus iş adamları arasında kənd təsərrüfatı və qida sənayesi sahəsində əlaqələrin inkişaf etdirilməsinə diqqət yetirilir.

Azərbaycan tərəfdən ikitərəfli görüşlərdə Naxçıvan Muxtar Respublikasını təmsil edən iş adamları daxil olmaqla 11 ixracatçı şirkətin nümayəndəsi iştirak edir.

Səfər 3 gün davam edəcək.