Bakiyev Belarusda tapıldı

Bakiyev və ailəsi Belarusdadır. Bunu Belarus prezidenti Lukaşenko deyib.
Lukaşenko bu məlumatı parlamentə illik hesabatı zamanı verib.
O deyib ki, Qırğızıstanın devrilmiş prezidenti Bakiyev bazar ertəsindən Minskdədir.
Hazırda o tibbi müayinədən keçir.
Ancaq Lukaşenko deyib ki, Bakiyevə sığınacaq verib-verməməsini o hələ müəyyən etməyib.
Bununla belə Belarus prezidenti bildirir ki, o, Bakiyevin ailəsinin “əziyyət çəkməsinə imkan verə bilməz”.