«Biz ABŞ-la münasibətlərimizi korlamaq istəmirik, tərəfdaşlıq münasibətlərimizə xələl gətirmək istəmirik. Amma bəzən təəssüflər olsun, şərait buna məcbur edir». Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov belə deyib.
O bildirib ki, Dağlıq Qarabağ məsələsində Amerikanın sona qədər obyektiv olacağına inanırıq və düşünürük ki, Azərbaycanda ictimai narazılıqlar ABŞ-ın dövlət siyasətini planlaşdırma mərkəzlərinə müəyyən təsir göstərib:
«Ümid edirik, ABŞ əvvəllər olduğu kimi, Azərbaycanla bağlı sağlam mövqelərini qoruyub-saxlayacaq və biz də buna müvafiq olaraq bu ölkənin maraqları ilə bağlı bütün öhdəliklərimizi yerinə yetirəcəyik».
Əli Həsənov deyib ki, Azərbaycan ATƏT-in Həmsədrlər İnstitutunun Dağlıq Qarabağ məsələsinin həllində irəliləyişə nail olmaq baxımından fəaliyyətindən narazıdır.
Son günlər hakim dairələrdə ABŞ-ın Dağlıq Qarabağa dair apardığı siyasətə narazılıqlar artmışdı.
Aprelin 20-də Birləşmiş Ştatlar Dövlət Departamenti sözçüsünün müavini vəzifəsini icra edən Mark C. Toner «Amerikanın Səsi»nə müsahibəsində bildirib ki, «Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsində heç bir tərəf saxlamır və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına vasitəçilik edən Minsk qrupunun səylərini ən yüksək səviyyədə dəstəkləyir». /Trend/