Bakı Avropaya uçuşları bərpa edib

Bakı aeroportu Avropaya uçuşları bərpa edib.

«AZAL» Hava Yolları Dövlət Konserninin xidmət rəisi Məhərrəm Səfərli AzadlıqRadiosuna bildirib ki, təxirə salınmış reyslər üzrə uçuş gözləyən təyyarələr aprelin 21-i səhər saatlarında Frankfurta, Milana yola salınıb:

«Hazırda Bakı-Paris» reysi üzrə uçuş hazırlanır. Aprelin 15-dən bəri hava limanında uçuş gözləyən Britaniyanın «BMİ» şirkətinə məxsus olan təyyarə də gün ərzində yola salınmalıdır».

İslandiyada vulkan püskürməsi nəticəsində Avropanın bir çox hava məkanları qapalı elan olunmuşdu.